Amerikalılar aorta üçün jqut – bağ yaradıblar      MÜASIR EKSTRASENSLƏR YAXUD ORTA ƏSR CAHILLIYINI YAŞAYAN CƏMIYYƏT      BIHE2011 sərgisinin anonsu      Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan müraciətlər barədə məlumat      Amerikalı alimlər əkiz uşaq analarının daha az xəstələndiklərini və uzunömürlü olduqlarını üzə çıxarıb.      Xərçəngi insan yaradıb?      Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümüdür      Analar üçün ən pis ölkələr hansılardır?      Diabet xəstəliyi haqqında bir qədər tarixi məlumat       Qida rasionuna hansı miqdarda bal əlavə olunmalıdır ?      Mühit məni narkoman etdi       600 qramlıq körpələr Azərbaycan vətəndaşı ola biləcək      Tezliklə! \"Ana yurdum Azərbaycan\" mövzusunda fotomüsabiqəyə start veriləcək!      www.medexpert.az Milli İnternet Mükafatı uğrunda Müsabiqənin Nominantı seçilib!!!      Vərəm hər gün nə qədər insanın həyatına son qoyur?      Azərbaycanda hər 8 adamdan biri talassemiya daşıyıcısıdır      Azərbaycanda cəza çəkən qadın məhkumlar tibbi müayinədən keçirilib.      Bakıda daha bir üçəm doğuldu!      Televizora çox baxmaq ömrü qısaldır      Yoqurt dişlərə zərərlidir      Körpənin cinsi ananın çəkisindən asılıdır      Dünyaya vaxtından əvvəl göz açma autizmə səbəb ola bilər      Əsəblər hamiləliyin qarşısını alır       Xoşbəxt nikah insulta dərmandır      Piylənmənin əsas səbəblərindən biri müəyyən edilib      Təhlükəsiz yuxu 6-8 saat müddətini əhatə edir      Siqaretə aludədən vaksin xilas edəcək      Nikotin asıllığının inkişafının günahkarları genlərdir      Qızlar və oğlanlar hamiləlik zamanı müxtəlif inkişaf edirlər      Suşı yemək üçün yapon olmaq lazımdır     
saytda vebdə
İstifadəçi hesabı
 
Qeydiyyatdan keç
 
Bizim Ekspertlər
 
 
Kateqoriyanı seçin
 
 
 
SORĞU
 
Digər Sorğular
 
Qan qrupunun uşağa irsən ötürülməsi.  | 4358 dəfə oxunub

Qan qrupunun uşağa irsən ötürülməsi. 

Keçən əsrin əvvəlində alimlər 4 qan qrupunun mövcudluğunu isbat etmişlər.

Qan qrupları irsən necə ötürülür?

Avstriyalı alim Karl Landştayner, bir qrup insanların qan zərdabını digərlərinin qanından  götürülmüş eritrositlərlə qarışdırarkən müəyyən etdi ki, bəzi hallarda eritrositləri və zərdabları qarışdırarkən “yapışma”- eritrositlərin birləşməsi və laxtaların əmələ gəlməsi baş verir, digər hallarda isə əmələ gəlmir. 

Landştayner qanın qırmızı hüceyrələrinin quruluşunu öyrənərkən  xüsusi maddələr aşkarladı. O onları iki kateqoriyaya böldü, A və B, üçüncüsünə tərkibində bu maddələr olmayan hüceyrələri daxil etdi. Sonradan onun şagirdləri- A.fon Dekastello, A.Şturli- eyni zamanda A- və B- tip markerləri olan eritrositlər aşkarladılar. 

Tədqiqatlarım nəticəsində qan qrupuna görə ABO adlanan bölgü sistemi yarandı. Bu sistemdən biz indiyədək istifadə edirik. 

I(O)–qan qrupu A və B antigenlərinin olmaması ilə xarakterizə olununr.

II(A)–A antigeninin olmaması ilə müəyyənləşir.

III(B)–B antigeninin olması ilə müəyyənləşir.

IV(AB)–A və B antigenlərinin olması ilə xarakterizə olununr.

Bu ixtira qan köçürülmə zamanı xəstələr və donorların qan uyğunsuzluğu nəticəsində meydana çıxan itkilərin qarşısını almağa imkan verdi. Uğurlu qan köçürmə əvvəllər də aparılmışdır. Belə ki, tibb tarixində XIX əsrdə zahı qadına müvəffəqiyyətli qan köçürmə haqqında məlumat var. ¼ litr donor qanı qəbul edən qadının deməsinə görə “həyatın vücuduna daxil olmasını”hiss etmişdir. 

ABO sistemi alimlərin qanın xüsusiyyətləri barədə fikirlərini alt-üst etdi. Sonrakı tədqiqatlarla alim-genetiklər sübut etdilər ki, qan qrupunun irsən ötürülməsi prinsipləri digər əlamətlər üçün olduğu kimidir. Bu qaydalar XIX əsrin II yarısında Mendel tərəfindən biologiya dərsliklərindən hamıya tanış olan noxud üzərində aparılan təcrübələr əsasında tərtib edilmişdir. 

     Uşağın qan qrupu 

Mendel qanununa görə qan qrupunun uşağa irsən ötürülməsi

mMendelin qanunlarına görə, I qan qrupu olan valideyinlərin A- və B- tip antigenləri olmayan uşaqları doğulacaq.

I və II qan qrupu olan valideyinlərdən – müvafiq qan qrupu olan uşaqlar doğulacaq.

Eyni vəziyyət I və III qan qrupu olanlar üçün xarakterdir.

IV qan qrupu olan insanların partnyorlarında hansı tip antigenin olmasından asılı olmayaraq I qan qrupundan başqa digər bütün qan qruplarına malik olan uşaqlar doğula bilər.

II və III qan qrupu olan insanların nigahından olan uşaqlara qan qrupunun irsən ötürülməsi daha gözlənilməzdir. Onların uşaqları eyni ehtimalla dörd qan qrupundan istəniləninə malik ola bilərlər.

“Bombey fenomeni”adlanan qaydalardan kənaraçıxma da ola bilər. Bəzi insanların genotipində A- və B- antigenləri olsa da, fenotipdə özünü əks etdirmir. Düzdür, belə hal nadir rast gəlinir və əsasən hindularda olduğundan belə adlandırılmışdır. 

Rezus-faktorun irsən ötürülməsi 

Müsbət rezus-faktorlu valideyinlərdən mənfi rezus-faktorlu uşağın doğulması yaxşı halda dərin anlaşılmazlıq, pis halda-etibarsızlıqla nəticələnir. Qınaq və yoldaşının sədaqətliliyinə şübhə. Qəribə olsa da, bu vəziyyətdə heç bir qyri adilik yoxdur. Belə incə məsələnin sadə açıqlaması vardır. 

Rezus faktor- 85% insanların (onlar rezus-müsbət hesab olunur) eritrositlərinin membranasında yerləşən lipoproteiddir. Onun olmadıqda qan rezus-mənfi hesab edilir. Bu göstəricilər latın hərfləri Rh və müvafiq olaraq + və – ilə işarə edilir. Rezusun müayinəsi üçün , bir qayda olaraq, bir cüt  gen  nəzərdən keçirilir. 

Müsbət  rezus-faktor -DD və ya -Dd ilə işarələnir və dominant əlamətdir, mənfi isə- dd, resessivdir. Rezus faktora görə heteroziqot (Dd) olanların nigahından olan uşaqlar 75% hallarda müsbət, qalan 25% hallarda mənfi rezusa malik ola bilər. Valideyinlər : Dd x Dd. Uşaqlar: DD, Dd, dd.  Heteroziqotluq  rezus “-” anadan olan uşağın rezus konfliktlə doğulması və ya  bir çox nəsillər boyu genlərdə saxlanılması ilə biruzə verir. 

Əlamətlərin irsən ötürülməsi

Əsrlərlə valideyinlər uşaqlarının necə olacağını ehtimal ediblər. Bu günkü gündə gələcəyə baxmaq imkanımız var. USM vasitəsilə uşağın cinsini, anatomiya və fiziologiyasının bəzi xüsusiyyətlərini öyrənmək olar.      

Genetika ehtimal edilən göz və saç rənginin hətta musiqi duyumunu müəyyənləşdirməyə imkan verir. Bütün bu əlamətlər Mendel qanununlarına görə ötürülür və dominant və resessiv olmaqla iki qrupa bölünür. Qonur rəngli gözlər, qıvrım saçlar və hətta dilin boru şəklində bura bilmək dominant əlamətdir. Çox güman ki, bu əlamətlər uşağa ötürüləcək. 

Təəssüf ki, saçların erkən ağarması və tökülməsi, qabaq dişlər arasındakı yarığın və yaxından görmə( uzağı zəif görmə)nin olması da dominant əlamətlərə aiddir. 

Resessiv əlamətlərə boz və mavi gözlər, düz saçlar, açıq rəngli dəri və adi musiqi duyumu daxildir. Bu əlamətlərin üzə çıxma ehtimalı daha azdır.

 Oğlan ya...

Əsrlər boyu ailədə oğlan varisinin olmamamasına görə qadınları təqsirləndiriblər. Məqsədə çatmaq – oğlan dünyaya gətirmək üçün – qadınlar mayalanma üçün əlverişli günlərin hesablanmasına və müxtəlif pəhrizlərə əl atırdılar. Lakin, gəlin problemə elmi nöqteyi nəzərdən yanaşaq. Insanın cinsi hüceyrələri (yumurta hüceyrələr və spermatazoidlər) yarı xromosom dəstinə malikdirlər(yəni 23 xromosoma ). Onlardan 22-si qadın və kişilərdə üst-üstə düşür. Yalnız sonuncu cüt fərqlənir. Qadınlarda bu XX, kişilərdə isə XY xromosomlarıdır. 

Beləliklə, bu və ya digər cinsli uşağın doğulması tamamilə və bütünlüklə yumurta hüceyrəsini mayalandıra bilən spermatazoidin xromosom dəstindən asılıdır. Sadə dildə desək uşağın cinsinə bütünlüklə cavabdeh .... atadır!

Sizin şərhiniz.

Adınız 

E-mail: 


Şərh yazın




Vərəm


Allerqoloqiya, immunoloqiyaAndrologiya Cərrahlıq
DermatologiyaDiaqnostikaEKM (Еkstrakorporal mayalanma)
EndokrinologiyaFtiziatriyaGenetika
GinekologiyaHematologiyaHepatitlər
Hüquq və səhiyyəİİV/QİÇSİnfeksion xəstəliklər
KardiologiyaLORMamaçalıq, hamiləlik və doğuşlar
Manual terapiyaMassajNarkologiya
NefrologiyaNevrologiyaNeyrocərrahlıq
OftalmologiyaOnkologiyaOrtopediya
ParazitologiyaPediatriyaPlastik cərrahlıq
ProktologiyaPsixiatriyaPsixologiya
PulmonologiyaQastroenterologiyaReanimatologiya və anesteziologiya
RevmatologiyaSağlamlıq və gözəllikSeksologiya
StomatologiyaTerapiyaTəcili yardım
UrologiyaÜrək-damar cərrahiyyəsiXaricdə müalicə
Zöhrəvi xəstəliklərƏczaçılıq
Новости медицины

Новые статьи

Лечебные диеты

Будущим мамам

Это интересно
Bizim nailiyyətlərimiz




Banner




İlin həkimi




            Saytımızın qonağı "Nevrologiya Klinikasının" rəhbəri Tibb elmləri doktoru Rövşən Həsənov 
Arxiv
 
Bu saytda dərc edilmiş məlumatdan istifadə edərkən http://www.medexpert.az linki istinad mənbəyi kimi göstərilməlidir. Saytda dərc edilmiş məlumat tanışlıq üçün nəzərdə tutulub və özünü müalicə üçün vəsait kimi istifadə oluna bilməz. Saytın administrasiyası, sağlamlığa dəyəcək mümkün zərər, həmçinin saytda dərc edilmiş məlumatın etibarlılığlna görə heç bir məsuliyyət daşımır. 2009 Medekspert.
Site by PREMIUM AD
Rambler's Top100